Logo
    main-post-cover

    Nothing şirkəti özünün CMF subbrendinin ilk smartfonunun təqdimata hazırlaşdığını təsdiqləyib

    Cihazlar+
    06.06.2024
         Nothing şirkətinin CEO-su Carl Pei artıq rəsmi şəkildə təsdiqləyib ki, Nothing Phone (3) smartfonu bu il ərzində təqdim edilməyəcək. Lakin bu o demək deyil ki, Nothing ilə bağlı hər hansısa yeni smartfon bu il təqdim olunmayacaq. Belə ki, şirkət rəsmi şəkildə təsdiqləyib ki, o özünün CMF subbrendinin ilk smartfonunu təqdim etməyə hazırlaşır. Şirkət təsdiqləyib ki, CMF subbrendinin ilk smartfonu CMF Phone 1 adlanacaq. Sözügedən smartfonun təqdimat tarixi hələ açıqlanmayıb. Lakin çox güman ki, o, gələn ay təqdim olunacaq. Son məlumat sızıntılarına CMF-nın ilk smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib 6.67 düym ölçülü OLED ekranı əldə edəcək və MediaTek Dimensity 7200 prosessoru vasitəsilə çalışacaq. Gözləntilərə əsasən smartfon özündə 50 MP-lik əsas arxa kameranı və 16 MP-lik ön kameranı birləşdirəcək. Məlumat sızıntılarına əsasən CMF Phone 1 smartfonu 33 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareyaya sahib olacaq.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Nothing şirkəti özünün CMF subbrendinin ilk smartfonunun təqdimata hazırlaşdığını təsdiqləyib | Technote