
Nothing şirkəti yeni naqilsiz qulaqlıq üzərində çalışır
Cihazlar+
28.08.2024
Emil
91mobiles saytının vermiş olduğu məlumata əsasən Nothing şirkəti öz yeni naqilsiz qulaqlığı üzərində çalışır. Məlumatda qeyd edilib ki, şirkətin yeni naqilsiz qulaqlığı Ear Open adlanır. Nothing-in bu yeni naqilsiz qulaqlığı artıq IMDA adlı sertifikatlaşdırma idarəsində qeydiyyatdan keçib. Təəssüflər olsun ki, Nothing Ear Open-in texniki imkanları barəsində bir məlumat yoxdur. Həmçinin yeni naqilsiz qulaqlığın necə bir görünüşə sahib olacağı da tam aydın deyil. Bununla belə Ear Open qulaqlığı nəticədə Xiaomi OpenWear Stereo, Huawei FreeClip və Bose Ultra Open kimi naqilsiz qulaqlıqlarla rəqabət apara bilər.

Paylaş
Ən çox oxunanlar

iPhone 17 Pro-nun ən kefiyyətli fotoları təqdim edilib
