main-post-cover

    Nothing şirkətinin CMF adlı subbrendi öz ilk smartfonunun təqdimatını rəsmi şəkildə anons edib

    Cihazlar+
    20.06.2024
    Emil Nəcəfov
         Nothing şirkətinin CMF adlı subbrendi öz yeni cihazlarının təqdimatlarını anons edib. Subbrendin yeni cihazları 8 iyul tarixində təqdim ediləcək. Məlumata əsasən həmin tarixdə subbrendin CMF Phone 1 adlı ilk smartfonu ilə yanaşı həmçinin CMF Watch Pro 2 smart saatı və CMF Buds 2 naqilsiz qulaqlığı təqdim olunacaq. CMF Watch Pro 2 və CMF Buds 2 barəsində dəqiq bir məlumat hələ yoxdur. Lakin CMF Phone 1 smartfonuna gəldikdə, son məlumat sızıntılarına əsasən o, 120 Hz-lik təsvir yenilənməsinə sahib 6.7 düym ölçülü OLED ekranla təchiz olunacaq, MediaTek Dimensity 7200 prosessoru vasitəsilə çalışacaq və özündə 33 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareyanı birləşdirəcək. Qeyd etmək lazımdır ki, hələ bir neçə müddət bundan öncə Nothing şirkətinin CEO-su Carl Pei rəsmi şəkildə təsdiqləmişdi ki, şirkət bu il Nothing Phone (3) smartfonunu təqdim etməyəcək. Çox güman ki, onun təqdimatı artıq gələn il baş tutacaq.
    View post on X
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    CMF Phone 1-in konstruksiyasının maraqlı özəlliyi sərgilənib
    cmf-phone-1-in-konstruksiyasinin-maraqli-ozelliyi-sergilenib
    CMF Phone 1-in standart versiyasının satış qiyməti açıqlanıb
    cmf-phone-1-in-standart-versiyasinin-satis-qiymeti-aciqlanib
    Nothing şirkəti özünün CMF subbrendinin ilk smartfonunun təqdimata hazırlaşdığını təsdiqləyib
    nothing-sirketi-ozunun-cmf-subbrendinin-ilk-smartfonunun-teqdimata-hazirlasdigini-tesdiqleyib
    RƏSMİ: Nothing Phone (3) bu il təqdim edilməyəcək
    resmi-nothing-phone-3-bu-il-teqdim-edilmeyecek
    CMF Phone (1) smartfonunun xarici görünüşü sərgilənib
    cmf-phone-1-smartfonunun-xarici-gorunusu-sergilenib