Logo
    main-post-cover

    Nothing şirkətinin kompakt ölçülü smartfon istehsal edib-etməyəcəyinə aydınlıq gətirilib

    Cihazlar+
    19.06.2023
    Emil
        Nothing şirkəti artıq gələn ay Nothing Phone (2)-ni təqdim edəcək. Bu səbəbdən də istifadəçilər sosial şəbəkələrdə Nothing şirkətinin CEO-su Carl Pei-yə müxtəlif suallar verirlər. İstifadəçilərdən biri Pei-dən Nothing-in nə vaxtsa kompakt ölçülü smartfon istehsal edib-etməyəcəyini soruşub. Pei isə bu suala “yox” cavabını verib. Bununla yanaşı Nothing CEO-su bunun üçün iki səbəbi də qeyd edib.
        Onun sözlərinə əsasən kompakt ölçülü smartfonun hazırlanması şirkətin ənənəvi yeni smartfon hazırlanmasına sərf etdiyi resurs qədər resurs tələb edir. İkinci səbəb isə ondan ibarətdir ki, istifadəçilərin çoxu kompakt ölçülü smartfonların alışından yan keçirlər. Böyük ehtimal ilə Carl Pei-yə ünvanlamış sualda söhbət, iPhone 13 mini analoqundan gedirdi. iPhone 13 mini-yə tələbat həqiqətən də aşağı olsa da, görünür, Pei, 6.1 düym ekrana sahib iPhone 14 ilə iPhone 14 Pro-nun 6.7 düym ekranlı iPhone 14 Plus ilə iPhone 14 Pro Max-dan daha yaxşı satıldığından xəbərsizdir.
    Paylaş
    Bənzər xəbərlər