
Nothing yeni cihazının təqdimatını anons edib
Cihazlar+
17.09.2024
Emil
Nothing şirkəti öz yeni cihazının təqdimatını anons edib. Şirkətin X-dəki (keçmiş Twitter) hesabında olan paylaşıma əsasən yeni cihaz 24 sentyabr tarixində təqdim olunacaq. Nothing həmin tarixdə hansı yeni məhsulunu təqdim edəcəyi barəsində məlumat verməyib. Lakin çox güman ki, söhbət, şirkətin yeni naqilsiz qulaqlığından gedir. Hələ bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, şirkət yeni naqilsiz qulaqlığını təqdim etməyə hazırlaşır. Gözləntilərə əsasən şirkətin yeni naqilsiz qulaqlığı idman tərzində bir qulaqlıq olacaq.
Paylaş
Ən çox oxunanlar

15 000-dən çox şagird Milli Hakatonun seçim mərhələsində iştirak edib.
