Nova Launcher-in gələcəyi dəyişir
Technote.az “The Verge” platformasına istinadən bildirir ki, Android istifadəçiləri arasında məşhur olan Nova Launcher yeni sahibinin əlinə keçdikdən sonra yenidən gündəmə gəlib. Keçən il Nova Launcher-in yaradıcısı və uzun müddət yeganə developeri olan Kevin Barry layihədən ayrıldığını açıqlamışdı. Bu, həmin dövrdə Nova-nın sahibi olan Branch Metrics şirkətində kütləvi ixtisarların aparılmasından sonra baş vermişdi.
İndi isə layihə yeni mərhələyə qədəm qoyur. İsveçin Wi-Fi hotspotlarına qoşulmağa kömək edən tətbiqi ilə tanınan Instabridge rəsmi bloq paylaşımında Nova Launcher-i satın aldığını elan edib. Şirkət bildirir ki, “Nova bağlanmır” və əsas məqsəd tətbiqin stabil işləməsini, müasir Android versiyaları ilə uyğunluğunu və aktiv şəkildə yenilənməsini təmin etməkdir. Instabridge həmçinin Nova Launcher-in open-source (açıq mənbə) edilməsi ehtimalını da araşdırdığını deyir. Kevin Barry hələ ötən il ayrılarkən açıq mənbə planının dayandırıldığını bildirmişdi, halbuki Branch-ın keçmiş rəhbərliyi bu barədə icma qarşısında fərqli açıqlamalar vermişdi. Yeni sahib isə bildirir ki, açıq mənbəyə keçid lisenziyalaşdırma, təhlükəsizlik və texniki infrastruktur baxımından ciddi hazırlıq tələb edir və hələlik yekun qərar yoxdur.
Paylaş