
Növbəti Apple Mac mini kompüteri M3 prosessorlarını əldə etməyəcək
Cihazlar+
22.04.2024
Farid
Apple şirkəti sonuncu dəfə Mac mini kompüterini keçən ilin yanvar ayında yeniləmişdi. Belə ki, şirkət M2 və M2 Pro-ya sahib Mac mini versiyalarını təqdim etmişdi. Lakin görünür, şirkətin növbəti Mac mini kompüteri M3 prosessorlarından yan keçəcək. Bloomberg saytının məşhur insayderi Mark Gurman-ın vermiş olduğu məlumata əsasən növbəti Mac mini modeli ya bu ilin sonunda ya da gələn ilin əvvəlində təqdim olunacaq.
Burdan da belə qənaətə gəlmək olar ki, növbəti Mac mini kompüteri Apple M3 prosessorlarından yan keçəcək. Növbəti Mac mini kompüterinin M4 və M4 Pro prosessorlarına sahib olacağı gözlənilir. Bu prosessorlar hal-hazırda aktual olan Apple M2 prosessorlu Mac mini modelləri ilə müqayisədə növbəti Mac mini modellərində performans göstəricilərini olduqca yüksəltməlidirlər. Qeyd etmək lazımdır ki, Apple cihazlarının hansısa nəsil prosessoru əldə etməmələri şirkət üçün heç də yeni bir praktika deyil. Məsələn keçən il iMac M2 prosessorundan yan keçərək nəticədə M3 prosessorunu əldə etdi.
Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
