Logo
    main-post-cover

    Növbəti Apple Watch istifadəçi bədəninin hansı səviyyədə tərlədiyini ölçmək imkanına sahib ola bilər

    Cihazlar+
    22.02.2024
    Emil
         Növbəti Apple Watch smart saatı istifadəçinin hansı səviyyədə tərlədiyini şirkət tərəfindən patentləşdirilmiş texnologiya vasitəsilə ölçə biləcək ilk smart saat ola bilər. ABŞ Əmtəə Nişanları və Patentləri Bürosuna təqdim edilmiş sənədlərə əsasən Apple şirkəti istifadəçinin hansı səviyyədə tərlədiyini ölçmək üçün müvafiq elektrodları smart saata inteqrasiya etməyi hədəfləyib. Bu cür funksiya bədəndən maye ifrazı sürətini təyin etməklə yanaşı hər bir istifadəçi üçün optimal hidratasiya səviyyəsi ilə bağlı məsləhətlər verəcək. İnsanın hansı səviyyədə tərlədiyini ölçə bilən texnologiya yeni bir şey olmasa da onun smart saata inteqrasiyasını innovasiyalı addım kimi qiymətləndirmək olar. Bunun isə nə zaman baş verəcəyi və bu cür imkanı hansı Apple Watch modelinin əldə edəcəyi bilinmir.
    Paylaş