main-post-cover

    Növbəti büdcəli iPhone SE-nin nə zaman təqdim olunacağı barəsində məlumat verilib

    Cihazlar+
    08.02.2021
    Emil Nəcəfov
        Keçən il Apple şirkəti iPhone SE (2020) smartfonunu təqdim etmişdi. Nəticədə sözügedən smartfon alıcılar arasında çox məşhurlaşdı. Bu cür uğurun fonunda artıq neçə müddətdir ki, internetdə növbəti iPhone SE modeli barəsində məlumatlar ortaya çıxır. Lakin insayderlərin təqdim etdikləri yeni hesabatlar yeni iPhone SE modelini yaxın zamanda gözləməyin lazım olmadığını göstərirlər.
        Analitiklər bildirirlər ki, keçən ilin üçüncü rübündə satılmış bütün Apple smartfonlarının yarısı iPhone SE (2020) ilə iPhone 11 smartfonlarının üzərlərinə düşüb. Məntiqlə bu cür satış dinamikasının qorunması və alıcıların tələbatlarının qarşılanması üçün 2021-ci ildə daha bir büdcəli iPhone modeli satışa çıxarılmalıdır. JP Morgan şirkətinin analitiki William Young-ın sözlərinə əsasən Apple şirkəti yeni iPhone SE modeli üçün istehsalat zəncirini qurmağa başlayıb.
        Bununla belə şirkət yeni büdcəli smartfonun maliyyə cəhətdən daha sərfəli olmasına çalışır. Analitik qeyd edib ki, bu cür smartfon yalnız gələn il satışa çıxacaq. William Young-ın sözlərinə əsasən iPhone 11-in uğurlu satışı öz növbəsində Apple şirkətini daha bir büdcəli iPhone modelinin satışa çıxarılmasına məcbur edə bilər. Lakin bu barədə hələ heç bir məlumat yoxdur. Güman olunur ki, növbəti iPhone SE modeli 6.1 düym IPS ekran, A14 Bionic prosessoru, 2 ədəd 12 MP-lik kamera, Touch ID Face ID texnologiyası ilə təchiz olunacaq.
    Linki kopyala