Logo
    main-post-cover

    Növbəti iPad Air, iMac və Studio Display üçün yeni növ ekran hazırlanır

    Cihazlar+
    05.11.2024
    Emil
         İnsayderlərin vermiş olduqları məlumata əsasən Apple şirkəti növbəti iPad Air, iMac Studio Display modellərinin əldə edəcəkləri yeni növ ekran üzərində çalışır. Məlumatda qeyd edilib ki, şirkətin hazırladığı yeni növ ekran maye kristallik ekrandır və o, standart 90 Hz-lik təsvir yenilənməsinə sahibdir. Nəticədə Apple şirkətinin adları sadalanmış bu cihazlarda 60 Hz-lik təsvir yenilənməsinə sahib ekranları məhz hazırlanan bu yeni növ ekran əvəz edəcək.
         Gözləntilərə əsasən yeni növ ekran M3 prosessorlu iPad Air planşetində və 24 düym ekranlı iMac ilə Studio Display monitorunda tətbiq ediləcək. Qeyd etmək lazımdır ki, ortaya çıxmış məlumata əsasən gələn il təqdim olunacaq iPhone 17 modellərinin hamısında 120 Hz-lik təsvir yenilənməsinə sahib ekranlar tətbiq ediləcək. Yəni bu özəlliyi iPhone ProiPhone Pro Max modellərindən başqa digər iPhone modelləri də əldə edəcəklər.
    Paylaş