
Növbəti iPad Pro üçün OLED ekranların kütləvi istehsalına start verilib
Cihazlar+
18.01.2024
Emil
Biz artıq dəfələrlə məlumat vermişik ki, Apple şirkəti bu il yeni iPad Pro planşetini təqdim edəcək. Görünür, yeni iPad Pro-nun təqdimatı artıq çox yaxındır. Belə ki, Koreyanın The Elec saytının vermiş olduğu məlumata əsasən LG Display şirkəti yeni iPad Pro üçün nəzərdə tutulmuş OLED ekranların kütləvi istehsalına artıq start verib. Söhbət, iPad Pro-nun ən flaqman versiyasının sahib olacağı 13 düym ekranlardan gedir. Yaxın zamanda isə Samsung Display şirkəti iPad Pro-nun digər versiyasının sahib olacağı 11 düym ölçülü ekranların istehsalına start verməlidir. iPad Pro üçün ekranların kütləvi istehsalına start verilməsi öz növbəsində Apple şirkətinin planşeti yaxın zamanda təqdim edəcəyinə işarə edir.
Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
