Növbəti iPhone SE barədə yeni məlumatlar verilib
Cihazlar+
21.07.2021
Farid Pardashunas
Nikkei Asia saytı Apple şirkətinin gələn ilki büdcəli iPhone modeli barəsində hesabatını təqdim edib. Təqdim olunmuş hesabatda jurnalistlər növbəti iPhone SE modelinin bəzi texniki özəllikləri ilə yanaşı həmçinin onun təqribi satış tarixini də qeyd ediblər. Beləliklə verilmiş məlumata əsasən növbəti iPhone SE modeli də iPhone 8-in dizaynını əldə edəcək və 4.7 düym IPS ekrana sahib olacaq. İnsayderlər qeyd ediblər ki, növbəti iPhone SE modelinin büdcəli smartfon kimi təqdim olunacağına baxmayaraq o, A15 Bionic prosessoru ilə təchiz olunacaq. Qeyd etmək lazımdır ki, hələ bir neçə müddət bundan öncə insayderlər bildirirdilər ki, smartfon A14 Bionic prosessorunu əldə edəcək.
Gözləntilərə əsasən növbəti iPhone SE modeli 5G dəstəyinə sahib olacaq. Belə ki, smartfonun Qualcomm X60 modemi ilə təchiz olunacağı güman edilir. Məlumatda qeyd edilib ki, smartfon 2022-ci ilin birinci yarısında satışa çıxacaq. Bir sıra məlumatlara əsasən Apple gələn il iPhone 14 mini modelini təqdim etməyəcək. Belə ki, iPhone 12 mini-nin satışları şirkəti qane etməyib. Buna görə də onun yerini məhz növbəti iPhone SE modeli tutmalıdır. Bu il təqdim olunacaq iPhone 13-ə gəldikdə isə məlumatda qeyd edilib ki, onun irimiqyaslı istehsalına gələn ay start veriləcək.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Galaxy C seriyası geri qayıtdı: Samsung Galaxy C55 5G smartfonu təqdim edilib - QİYMƏTİ