Növbəti iPhone SE barədə yeni məlumatlar verilib

Növbəti iPhone SE barədə yeni məlumatlar verilib

Mobil Cihazlar
21.07.2021 PAYLAŞIM

    Nikkei Asia saytı Apple şirkətinin gələn ilki büdcəli iPhone modeli barəsində hesabatını təqdim edib. Təqdim olunmuş hesabatda jurnalistlər növbəti iPhone SE modelinin bəzi texniki özəllikləri ilə yanaşı həmçinin onun təqribi satış tarixini də qeyd ediblər. Beləliklə verilmiş məlumata əsasən növbəti iPhone SE modeli də iPhone 8-in dizaynını əldə edəcək və 4.7 düym IPS ekrana sahib olacaq. İnsayderlər qeyd ediblər ki, növbəti iPhone SE modelinin büdcəli smartfon kimi təqdim olunacağına baxmayaraq o, A15 Bionic prosessoru ilə təchiz olunacaq. Qeyd etmək lazımdır ki, hələ bir neçə müddət bundan öncə insayderlər bildirirdilər ki, smartfon A14 Bionic prosessorunu əldə edəcək.

    Gözləntilərə əsasən növbəti iPhone SE modeli 5G dəstəyinə sahib olacaq. Belə ki, smartfonun Qualcomm X60 modemi ilə təchiz olunacağı güman edilir. Məlumatda qeyd edilib ki, smartfon 2022-ci ilin birinci yarısında satışa çıxacaq. Bir sıra məlumatlara əsasən Apple gələn il iPhone 14 mini modelini təqdim etməyəcək. Belə ki, iPhone 12 mini-nin satışları şirkəti qane etməyib. Buna görə də onun yerini məhz növbəti iPhone SE modeli tutmalıdır. Bu il təqdim olunacaq iPhone 13-ə gəldikdə isə məlumatda qeyd edilib ki, onun irimiqyaslı istehsalına gələn ay start veriləcək. 


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Huawei P50 və P50 Pro təqdim olunub - QİYMƏTİ

Təqdimat tədbirinin dəfələrlə təxirə salınmasına baxmayaraq Huawei şirkəti sonunda özünün yeni flaqm..


Yeni POCO X3 GT smartfonu təqdim olunub - QİYMƏTİ

POCO brendi özünün yeni POCO X3 GT adlı smartfonunu təqdim edib.


Məşhur insayder Redmi K50 və K50 Pro smartfonları barəsində bəzi məlumatları ver..

Redmi K50 smartfon seriyasının təqdimatına hələ aylarla zaman olmasına baxmayaraq internetdə onun ba..


HMD Global yüksək dözümlülüyə sahib Nokia XR20 smartfonunu təqdim edib - QİYMƏTİ..

HMD Global şirkəti yüksək dözümlülüyə sahib Nokia XR20 smartfon modelini təqdim edib.


Qatlana bilən Galaxy Z Flip 3 smartfonunun press render fotoları təqdim olunub..

Nüfuzlu insayder Roland Quandt təqdimata hazırlaşan Galaxy Z Flip 3 qatlana bilən smartfonunun press..


iPhone 13 bir qədər daha tez şarj oluna biləcək

Verilmiş yeni məlumata əsasən bu il təqdim olunacaq iPhone modelləri aktual olan iPhone-lardan fərql..

×