Logo
    main-post-cover

    Növbəti iPhone SE barəsində yeni partiya məlumatlar təqdim edilib

    Cihazlar+
    12.08.2024
    Emil
         Gələn ilin əvvəlində təqdim olunacağı gözlənilən növbəti iPhone SE barəsində son zamanlarda çoxlu sayda məlumat ortaya çıxıb. İndi isə Bloomberg saytı növbəti iPhone SE barəsində yeni məlumatları təqdim edib. Məlumatlara əsasən növbəti iPhone SE modeli daha əvvəlki iPhone SE modelləri ilə müqayisədə daha ciddi dəyişiklikləri əldə edəcək. Beləliklə Bloomberg bildirib ki, növbəti iPhone SE modeli OLED ekranı əldə edəcək və ekran smartfonun ön panelini tamamilə əhatə edəcək.
         Smartfon xarici görünüşcə iPhone 14-ü xatırladacaq, lakin bununla belə özündə gələn ay təqdim ediləcək iPhone 16-nın dizayn elementlərini birləşdirəcək. Bloomberg-in təqdim etmiş olduğu məlumatlarda qeyd edilib ki, növbəti iPhone SE modeli Apple Intelligence ekosisteminin dəstəyinə sahib olacaq. Bunun sayəsində yeni iPhone SE istifadəçiləri süni zəka funksiyalarından yararlana biləcəklər. Daha öncəki məlumat sızıntılarına inansaq, növbəti iPhone SE həmçinin Face ID texnologiyasını əldə edəcək və özündə bir ədəd arxa kameranı birləşdirəcək.
    Paylaş