main-post-cover

    Növbəti iPhone SE ilə iPad Air-in nə zaman təqdim olunacağı açıqlanıb

    Cihazlar+
    02.10.2024
    Emil Nəcəfov
         Bloomberg saytının məşhur insayderi Mark Gurman, Apple şirkətinin növbəti yeni cihazları barəsində təfərrüatları bölüşüb. Bu dəfə insayder növbəti iPhone SE-nin və iPad Air-in nə zaman təqdim olunacaqları barəsində məlumat verib. Beləliklə insayderin sözlərinə əsasən növbəti iPhone SE smartfonu və iPad Air planşeti 2025-ci ilin əvvəlində təqdim olunacaqlar.
         İnsayder bunun hansı konkret tarixdə baş verəcəyi barəsində məlumat verməsə də, qeyd edib ki, növbəti iPhone SE modeli müasir dizaynı əldə edəcək və fiziki Home düyməsindən məhrum olaraq özündə Face ID texnologiyasını birləşdirəcək. Daha öncəki məlumat sızıntılarına isə inansaq, növbəti iPhone SE üstəlik OLED ekranı əldə edə, Apple A18 prosessoru vasitəsilə çalışa və Apple Intelligence ekosisteminin süni zəka funksiyalarına sahib ola bilər. Yeni iPad Air planşetinə gəldikdə isə gözləntilərə əsasən o, xarici görünüş mövzusunda daha öncəki iPad Air modellərinə bənzəyəcək. Bununla belə növbəti iPad Air özündə yenilənmiş texniki imkanları birləşdirməlidir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Yeni MacBook Pro-nun bəzi texniki imkanları ortaya çıxıb
    yeni-macbook-pro-nun-bezi-texniki-imkanlari-ortaya-cixib
    iPhone 17 Pro smartfonları yeni fiziki düyməni əldə edə bilərlər
    iphone-17-pro-smartfonlari-yeni-fiziki-duymeni-elde-ede-bilerler
    Oğurlanan yarım milyon dollar dəyərindəki bir Ferrari, AirPods sayəsində tapılıb!
    ogurlanan-yarim-milyon-dollar-deyerindeki-ferrari-airpods-sayesinde-tapilib
    Apple smart ev üçün nəzərdə tutulmuş tamamilə yeni cihazını gələn ilin birinci yarısında təqdim edə bilər
    apple-smart-ev-ucun-nezerde-tutulmus-tamamile-yeni-cihazini-gelen-ilin-birinci-yarisinda-teqdim-ede-biler
    Apple şirkəti OpenAI-ya investisiya yatırmaqdan imtina edib
    apple-sirketi-openai-ya-investisiya-yatirmaqdan-imtina-edib