main-post-cover

    Növbəti iPhone SE maye kristallik ekrandan yeni növ ekrana keçid edəcək

    Cihazlar+
    04.09.2024
    Emil Nəcəfov
         Apple şirkəti gələn ilin əvvəlində növbəti iPhone SE smartfonunu təqdim etməlidir. Nikkei Asia saytı isə öz növbəsində təqdim ediləcək bu smartfonun ekranı barəsində yeni məlumatı bölüşüb. Beləliklə Nikkei Asia tərəfindən təqdim edilmiş məlumata əsasən Apple şirkəti gələn il təqdim ediləcəyi gözlənilən növbəti iPhone SE modelində maye kristallik ekran əvəzinə OLED ekrandan istifadə edə bilər.
        Əgər bu məlumat öz təsdiqini tapsa, deməli Apple şirkəti bütün smartfonlarında OLED ekrandan istifadəyə keçid prosesini yekunlaşdıracaq. Qeyd etmək lazımdır ki, indiyənə kimi maye kristallik ekran yalnız iPhone SE modellərində istifadə olunur. Digər bütün iPhone-larda artıq uzun müddətdir ki, yalnız OLED ekran tətbiq edilir. Məlumatda həmçinin qeyd edilib ki, Apple yeni OLED ekranların istehsalı mövzusunda Çinin BOE şirkəti və Cənubi Koreyanın LG şirkəti ilə danışıqlar aparır. Apple şirkətinin iPhone SE-də OLED ekrana keçid qərarı büdcəli iPhone seriyasının inkişafında ciddi addım ola bilər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Təqdimata hazırlaşan Apple Watch Series 10 smart saatı barəsində ilk detallı məlumatlar təqdim edilib
    teqdimata-hazirlasan-apple-watch-series-10-smart-saati-baresinde-ilk-detalli-melumatlar-teqdim-edilib
    iPhone 16 Pro modellərinin kameralarındakı çəkiliş rejimlərindən biri daha da yaxşılaşdırılmış olacaq
    iphone-16-pro-modellerinin-kameralarindaki-cekilis-rejimlerinden-biri-daha-da-yaxsilasdirilmis-olacaq
    Apple iPhone üçün xüsusi funksiyalara sahib keysi patentləşdirib
    apple-iphone-ucun-xususi-funksiyalara-sahib-keysi-patentlesdirib
    iPhone 17 smartfonları yeni soyutma sisteminə sahib olacaqlar
    iphone-17-smartfonlari-yeni-soyutma-sistemine-sahib-olacaqlar
    Apple M4 prosessoruna sahib yeni Mac kompüterlərinin nə zaman təqdim olunacaqları açıqlanıb
    apple-m4-prosessoruna-sahib-yeni-mac-komputerlerinin-ne-zaman-teqdim-olunacaqlari-aciqlanib