Növbəti iPhone SE modeli ucuz OLED ekran ilə təchiz oluna bilər

Növbəti iPhone SE modeli ucuz OLED ekran ilə təchiz oluna bilər

Mobil Cihazlar
07.03.2023 PAYLAŞIM

    Apple şirkətinin Çinin ekran istehsalçısı olan BOE şirkəti ilə çətin əlaqələri var. Lakin məhz BOE şirkəti növbəti iPhone SE smartfonunun ekranlarını istehsal edə bilər. Belə ki, Apple artıq uzun zamandır ki, öz məhsulları üçün OLED ekranların istehsalı ilə məşğul olan Samsung şirkətindən asılılığını aşağı salmaq istəyir. Apple ilə BOE arasındakı münasibətlər 2020-ci ildə gərginləşməyə başladı. Belə ki, həmin ərəfədə BOE-nin bəzi ekranları Apple şirkətinin keyfiyyət yoxlanışından keçə bilməmişdilər. Daha sonra Apple aşkar etdi ki, BOE şirkəti iPhone 13 ekranlarına öncədən razılaşdırılmamış dəyişikliklər əlavə edib. BOE öz növbəsində iPhone 14 üçün nəzərdə tutulmuş 6.1 düym-lük OLED ekranların istehsal müqaviləsini əldə etsə də, çətin ki, bu il təqdim ediləcək iPhone 15 üçün ekranların istehsalı ilə məşğul olsun.

    Lakin bu iki şirkət arasındakı əməkdaşlıq növbəti iPhone SE smartfonu çərçivəsində davam edə bilər. Çox güman ki, növbəti iPhone SE modeli köhnə növ OLED ekranla təchiz olunacaq. Bunun sayəsində BOE mövcud olan komponent ehtiyatını işə sala bilər. Əlavə olaraq bu üsul ilə Apple Samsung-dan olan asılılığını aşağı sala bilər. Qeyd etmək lazımdır ki, Apple müvafiq tələblərə uyan yüksək keyfiyyətli OLED ekranların çoxlu sayda istehsalını reallaşdıra bilən Samsung-dan çox asılıdır. Məlumata əsasən Samsung-un ekran istehsalı ilə məşğul olan Samsung Display şöbəsi bu asılılıqdan çox zaman sui-istifadə edir. Məsələn Samsung Apple mühəndislərini öz zavodlarına buraxmaya və ya istehsal edilmiş ekranlardan ibarət hansısa partiyada qüsurun aşkar edildiyi halda onun əvəz edilməsindən imtina edə bilər. Apple ekran istehsalı məsələsində Samsung-dan asılılığını tam aradan qaldırmaq istəsə də, yaxın illərdə bunu reallaşdırmaq mümkün olmayacaq.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


iPhone 15 ilə iPhone 15 Pro-nun yeni CAD render fotoları təqdim edilib

İnsayderlər iPhone 15 ilə iPhone 15 Pro-nun yeni CAD render fotolarını təqdim ediblər.


Samsung büdcəli smartfonlarının qutularına da şarj adapterini yerləşdirməkdən im..

7 il bundan öncə Apple şirkəti öz iPhone-larında naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-li..


Honor yeni büdcəli Honor 70 Lite 5G smartfonunu təqdim edib - QİYMƏTİ

Honor şirkəti heç gözlənilmədən qobal bazar üçün Honor 70 Lite 5G adlı yeni büdcəli smartfonunu təqd..


iPhone 15 Pro Max mövcud olan bütün smartfonlar arasında ən nazik ekran çərçivəl..

Ice Universe ləqəbli məşhur insayder bu il təqdim ediləcək iPhone 15 smartfon seriyasının iPhone 15 ..


Redmi Note 12 4G-nin hansı prosessor vasitəsilə çalışacağı məlum olub

Xiaomi şirkəti 23 mart tarixində Redmi Note 12 smartfonlarının qlobal versiyalarını təqdim edəcək. ..


Xiaomi 13 Ultra-nın təqdimat tarixi ortaya çıxıb

Son məlumatlara əsasən Xiaomi gələn ay böyük təqdimat tədbiri keçirdəcək və həmin tədbirdə yeni məhs..

×