Logo
    main-post-cover

    Növbəti iPhone SE-ni yaxın gələcəkdə gözləmək lazım deyil

    Cihazlar+
    21.06.2023
    Emil
        Görünür, növbəti iPhone SE smartfonu nə bu il nə də gələn il təqdim olunacaq. Barclays şirkətinin analitiklərinin fikirlərinə əsasən Apple 2024-cü ildə yeni iPhone SE modelini təqdim etmək fikrindən imtina edib. Bu il isə şirkət ümumiyyətlə yeni iPhone SE-nin təqdimatını planlaşdırmırdı. Analitiklər düşünürlər ki, bu, Apple şirkətinin fərdi 5G modeminin hələ yaxın zamanda hazır olmayacağına işarə edir.
        Qeyd etmək lazımdır ki, daha öncəki məlumat sızıntılarında qeyd edilmişdi ki, şirkət öz ilk fərdi 5G modemini ilk növbədə məhz yeni iPhone SE modelinə quraşdıracaq. Məşhur analitik Ming-Chi Kuo bildirirdi ki, Apple öz fərdi 5G modeminin istehsalını 2025-ci il üçün planlaşdırır. Yəni nəzəri cəhətdən istehsalata 2026-cı ildə də start verilə bilər. Qeyd etmək lazımdır ki, hal hazırda ən son iPhone SE modeli keçən il təqdim edilmiş iPhone SE (2022)-dir. Sözügedən smartfon hələ də aktualdır və görünür, hələ bir neçə il ərzində də aktual olaraq qalacaq.
    Paylaş
    Bənzər xəbərlər