Logo
    main-post-cover

    Növbəti iPhone SE-nin ekran dizaynı barəsində məlumat verilib

    Cihazlar+
    22.01.2025
    Emil
         Apple şirkətinin yaxın aylar ərzində növbəti iPhone SE smartfonunu təqdim edəcəyi gözlənilir. İndi isə Evan Blass adlı məşhur insayder növbəti iPhone SE barəsində maraqlı bir məlumatı çatdırıb. Belə ki, insayderin vermiş olduğu məlumata əsasən növbəti iPhone SE modelinin ekranı üzərində ənənəvi çıxıntı əvəzinə Dynamic Island çıxıntısı yerləşəcək. İnsayder tərəfindən təqdim edilmiş sxematik fotoda növbəti iPhone SE ilə iPad planşetləri əks olunublar. Fotoda bu cihazların ön panelləri sərgilənib. Fotoda əks olunmuş növbəti iPhone SE-nin ekranı üzərində ənənəvi çıxıntının olmadığını görmək olar. Son məlumat sızıntılarına əsasən növbəti iPhone SE modeli xarici görünüşcə iPhone 14-ə bənzəyəcək və 6.1 düym ölçülü ekranla təchiz olunacaq. Smartfonun Apple A18 prosessoru vasitəsilə çalışacağı gözlənilir.
    Paylaş