
Növbəti iPhone SE-nin ekranı barəsində məlumat verilib
Cihazlar+
16.02.2024
Emil
Heç şübhəsiz Apple hal-hazırda yeni iPhone SE modeli üzərində çalışır. The Elec saytının vermiş olduğu məlumata əsasən şirkət növbəti iPhone SE modelini artıq gələn il təqdim edə bilər. Bununla yanaşı məlumatda qeyd edilib ki, növbəti iPhone SE modeli OLED ekrana sahib olacaq. Qeyd etmək lazımdır ki, Apple şirkətinin hal-hazırda aktual olan iPhone SE modelləri LCD ekranlara sahib yeganə iPhone modelləridir.
OLED ekrana keçid isə öz növbəsində növbəti iPhone SE-də reallaşdırılacaq əsas dəyişikliklərdən biri olacaq. Qeyd etmək lazımdır ki, OLED ekranlar maye kristallik ekranlardan fərqli olaraq rəngləri daha dolğun şəkildə sərgiləyirlər və daha parlaqdırlar. Məlumata əsasən növbəti iPhone SE üçün ekranların istehsalı mövzusunda Samsung və BOE şirkətləri arasında rəqabət gedir. Adətən OLED ekranların istehsalı daha baha başa gəldiyinə baxmayaraq Apple növbəti iPhone SE modelinin satış qiymətini yüksəltməyə bilər.
Paylaş
Ən çox oxunanlar

Süni zəka qlobal pandemiya riskini artıra bilər
