
Növbəti iPhone SE-nin gələn ilin birinci rübündə təqdim olunacağı planlaşdırılır
Cihazlar+
22.11.2024
Emil
Hələ bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Apple şirkəti növbəti iPhone SE smartfonunu 2025-ci ilin birinci yarısında təqdim etməyi planlaşdırır. İndi isə analitiklər bu məlumatı təsdiqləyiblər. Belə ki, Barclays şirkətinin analitikləri Apple şirkətinin Asiyadakı partnyorları ilə görüşərək onlardan bu mövzu ilə bağlı məlumat əldə etməyə çalışıblar.
Nəticədə onlar təsdiqləyiblər ki, Apple növbəti iPhone SE smartfonunu 2025-ci ilin birinci rübünün sonuna kimi təqdim etməyi planlaşdırır. Yəni gələn ilin 31 mart tarixinə kimi. Qeyd etmək lazımdır ki, son məlumat sızıntılarına əsasən növbəti iPhone SE modeli xarici görünüşcə iPhone 14-ə bənzəyəcək və özündə Apple şirkətinin fərdi 5G modemini birləşdirəcək. Üstəlik smartfonun Face ID texnologiyasını əldə edəcəyi gözlənilir. Çox güman ki, smartfon 6.06 düym ölçülü ekranla və bir ədəd arxa kamera ilə təchiz olunacaq.
Paylaş
Ən çox oxunanlar

Qatlana bilən Huawei MateBook Fold ULTIMATE noutbuku təqdim edilib - QİYMƏTİ
