
Növbəti iPhone SE-nin hansı həcmdə batareyanı əldə edəcəyi açıqlanıb
Cihazlar+
08.12.2023
Emil
Növbəti iPhone SE ilə bağlı olmuş daha öncəki məlumat sızıntılarında qeyd edilmişdi ki, smartfon iPhone 14-ün dizaynını əldə edəcək. Lakin görünür, növbəti iPhone SE modeli iPhone 14-ün təkcə dizaynını mənimsəməyəcək. Macrumors saytının vermiş olduğu məlumata əsasən Apple növbəti iPhone SE-də A2863 model nömrəsinə sahib litium-ion batareyasını test edir. Bu cür batareya isə öz növbəsində məhz iPhone 14-də istifadə edilir.
Görünür, Apple şirkəti mövcud detallardan istifadə edərək növbəti iPhone SE-nin hazırlanması və istehsalı xərclərini aşağı salmağa hədəflənib. Qeyd etmək lazımdır ki, model nömrəsi qeyd edilmiş batareyanın həcmi 3279 mAh təşkil edir. Bu, iPhone SE (2022)-nin batareya həcmindən daha böyükdür. Belə ki, iPhone SE (2022) smartfonu 2018 mAh enerji tutumlu batareya ilə təchiz olunur. Növbəti iPhone SE-nin 2025-ci ildə təqdim olunacağı gözlənilir.
Paylaş
Bənzər xəbərlər

Cihazlar+
Çıxıntısız ekrana sahib iPhone nə zaman təqdim olunacaq?
Koreyanın The Elec saytı Apple şirkətinin çıxıntısız ekrana sahib iPhone-nu nə zaman təqdim edəcəyi barəsində məlumat verib.

Cihazlar+
Yeni iPad Air ilə iPad Pro barəsində məlumatlar verilib
Az öncə biz yenilənmiş MacBook Air noutbukunun nə zaman təqdim ediləcəyi barəsində xəbər verdik.

Cihazlar+
Yeni MacBook Air-in nə zaman təqdim olunacağı açıqlanıb
Artıq məlumdur ki, Apple şirkəti yenilənmiş MacBook Air üzərində çalışır.

Elm & Texnologiya
LG şirkəti ekranın alt hissəsinə yerləşdirilən ön kamera texnologiyasını hazırlayır
Hal hazırda mobil bazarda ən böyük tələbata sahib texnologiyalardan biri də ekranın alt hissəsinə yerləşdirilən ön kameradır.

Cihazlar+
Apple birinci nəsil iPhone SE-nin servis dəstəyini dayandırıb
Apple şirkəti birinci nəsil iPhone SE smartfonunu köhnəlmiş smartfonlar siyahısına daxil edib.
Ən çox oxunanlar

iPhone 16e təqdim edilib - QİYMƏTİ
