main-post-cover

    Növbəti iPhone SE-nin hansı prosessoru əldə edə biləcəyi məlum olub

    Cihazlar+
    03.07.2024
    Emil Nəcəfov
         Apple şirkəti hələ növbəti iPhone SE smartfonunu anons etməsə də, onun barəsində məlumatlar ortaya çıxmağa davam edir. Bu dəfə ortaya çıxmış yeni məlumat növbəti iPhone SE modelinin hansı prosessor vasitəsilə çalışa biləcəyini əhatə edir. Qeyd etmək lazımdır ki, sentyabr ayında təqdim olunacağı gözlənilən iPhone 16 smartfon seriyasında iki prosessorun istifadə ediləcəyi güman edilir. Belə ki, adi iPhone 16 və iPhone 16 Plus modelləri A18 Bionic prosessorunu, iPhone 16 Pro iPhone 16 Pro Max modelləri isə A18 Pro prosessorunu əldə etməlidirlər.
         Ortaya çıxmış yeni məlumata əsasən yaxın gələcəkdə təqdim olunacaq növbəti iPhone SE modeli məhz adi iPhone 16 ilə iPhone 16 Plus-ın sahib olacaqları prosessoru əldə edəcək. Yəni söhbət, A18 Bionic prosessorundan gedir. Gözləntilərə əsasən A18 Bionic prosessoru 3 nanometrlik texnoloji proses əsasında hazırlanacaq. Daha öncəki məlumat sızıntılarına inansaq, növbəti iPhone SE modeli 6.1 düym ölçülü OLED ekranı əldə edəcək və özündə Face ID texnologiyasını birləşdirəcək. Smartfonun gələn ilin yaz fəslində təqdim olunacağı gözlənilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Milyonlarla iPhone tətbiqinə təsir edən təhlükəsizlik zəifliyi aşkar edilib!
    milyonlarla-iphone-tetbiqine-tesir-eden-tehlukesizlik-zeifliyi-askar-edilib
    iPhone 16 Pro və iPhone 16 Pro Max smartfonları Samsung-un yeni nəsil OLED ekranını əldə edəcəklər
    iphone-16-pro-ve-iphone-16-pro-max-smartfonlari-samsung-un-yeni-nesil-oled-ekranini-elde-edecekler
    Apple daha 3 cihazını köhnəlmiş cihazlar siyahısına daxil edib
    apple-daha-3-cihazini-kohnelmis-cihazlar-siyahisina-daxil-edib
    Apple, süni intellekt xüsusiyyətlərinin istifadəsi üçün ödəniş tələb edə bilər!
    apple-suni-intellekt-xususiyyetlerinden-istifade-ede-bilmek-ucun-odenis-teleb-ede-biler
    iPhone 16 Pro-larda olacaq A18 Pro prosessoru süni zəka performansında Apple M4-ü geridə qoya bilər
    iphone-16-pro-larda-olacaq-a18-pro-prosessoru-suni-zeka-performansinda-apple-m4-u-geride-qoya-biler