main-post-cover

    Növbəti iPhone SE-nin kameraları barəsində məlumatlar ortaya çıxıb

    Cihazlar+
    10.12.2024
    Emil Nəcəfov
         Apple gələn ilin yaz fəslində növbəti iPhone SE smartfonunu təqdim etməlidir. Bunun mart ayında baş tutacağı gözlənilir. Təqdimat müddəti yaxınlaşdıqca isə sözügedən smartfon barəsində daha çox məlumat ortaya çıxır. Bu dəfə ortaya çıxmış yeni məlumatlara əsasən növbəti iPhone SE-nin əsas arxa kamera istehsalçısı LG Innotek şirkəti çıxış edəcək. İstehsalat prosesində həmçinin Foxconn Cowell Electronics şirkətləri də iştirak edəcəklər.
        Məlumatda qeyd edilib ki, növbəti iPhone SE smartfonu özündə bir ədəd arxa kameranı birləşdirəcək və o, 48 MP-lik olacaq. Smartfonun ön kamerası qismində isə 12 MP-lik obyektiv çıxış edəcək. Smartfonun 48 MP-lik arxa kamerası iPhone 16-nın əsas arxa kamerası kimi olacaq. Qeyd etmək lazımdır ki, iPhone 16-nın 48 MP-lik əsas arxa kamerası həm standart kadrların çəkimi həm də 2 qat zoom-lu kadrların çəkimi üçün yarayır. Bununla yanaşı növbəti iPhone SE-nin iPhone 14 dizaynını və 6.06 düym ölçülü OLED ekranı əldə edəcəyi gözlənilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Apple gələcək Mac kompüterlərini mobil rabitə ilə təmin etməyi planlaşdırır
    apple-gelecek-mac-komputerlerini-mobil-rabite-ile-temin-etmeyi-planlasdirir
    Mütəxəssislər 2025-ci ilə dair proqnozlarını açıqlayıblar: Dünyada nə dəyişikliklər baş verəcək?
    mutexessisler-2025-ci-ile-dair-proqnozlarini-aciqlayiblar-dunyada-neler-deyisecek
    iPhone 17 Air smartfonu iPhone 16 Pro-dan daha nazik olacaq
    iphone-17-air-smartfonu-iphone-16-pro-dan-daha-nazik-olacaq
    Apple öz 5G modemi vasitəsilə Qualcomm-un mobil modemlərini geridə qoymağı planlaşdırır
    apple-oz-5g-modemi-vasitesile-qualcomm-un-mobil-modemlerini-geride-qoymagi-planlasdirir
    Apple Intelligence 2017-ci ildən hazırlanıb
    apple-intelligence-2017-ci-ilden-hazirlanib