
Növbəti iPhone SE-nin maketlərinin fotoları təqdim edilib
Cihazlar+
17.01.2025
Emil
Artıq bir neçə aydır ki, mütəmadi şəkildə növbəti iPhone SE barəsində müxtəlif məlumatlar ortaya çıxır. Bu smartfonun bu ilin birinci yarısında təqdim olunacağı gözlənilir. İndi isə insayderlər növbəti iPhone SE-nin maketlərini əks etdirən iki ədəd fotonu təqdim ediblər. Fotolardan birində smartfonun arxa paneli, digərində isə kənar hissəsi sərgilənib. Fotolardan biri sayəsində aydın olur ki, növbəti iPhone SE smartfonu bir ədəd arxa kameranı əldə edəcək.
O, arxa panelin yuxarı sol hissəsində yerləşəcək. İkinci fotoda isə görmək olar ki, smartfonun kənar hissələri yastı olacaqlar. Gözləntilərə əsasən növbəti iPhone SE modeli 6.1 düym ölçülü OLED ekranla təchiz olunacaq və onun ekranı üzərində iPhone 14-dəki kimi ənənəvi çıxıntı hissə olacaq. Smartfon özündə Face ID texnologiyasını birləşdirməlidir. Son məlumat sızıntılarına inansaq, növbəti iPhone SE smartfonu Apple A18 prosessoru vasitəsilə çalışacaq, 8 GB RAM-ı əldə edəcək və Apple Intelligence ekosisteminin dəstəyinə sahib olacaq.


Paylaş
Ən çox oxunanlar

Süni zəka əsaslı çat-botlar cinayətkarların alətlərinə çevrilirlər
