
Növbəti iPhone SE-nin render fotoları tərtib edilib
Cihazlar+
16.11.2023
Emil
İnsayderlər növbəti iPhone SE 4 barəsində olan son məlumat sızıntıları əsasında onun render fotolarını tərtib ediblər. Təqdim edilmiş render fotolarda əks olunmuş növbəti iPhone SE modeli hal hazırda aktual olan iPhone SE (2022) modelindən fərqlənir. Tərtib edilmiş iPhone SE 4 konsepti OLED ekrana sahibdir və ekran üzərində Face ID sistemi ilə ön kamera üçün nəzərdə tutulmuş çıxıntını özündə birləşdirir. Bununla yanaşı smartfon bir ədəd arxa kameraya və USB Type-C girişinə sahibdir. Növbəti iPhone SE modelinin gələn il və ya 2025-ci ildə təqdim olunacağı gözlənilir.



Paylaş
Ən çox oxunanlar

Nothing Phone (3) subflaqman smartfonu təqdim edilib - QİYMƏTİ
