
Növbəti iPhone SE smartfonu bazarda iPhone 16e adı altında satışa çıxa bilər
Cihazlar+
18.12.2024
Emil
Apple şirkəti gələn ilin birinci yarısında növbəti iPhone SE smartfonunu təqdim etməlidir. Bunun gələn ilin yaz fəslində baş tutacağı gözlənilir. Son zamanlarda növbəti iPhone SE barəsində olduqca çox sayda məlumat ortaya çıxıb. Bu dəfə isə onun barəsində bir qədər qeyri-adi məlumat verilib. Belə ki, insayderlərdən birinin fikrincə növbəti iPhone SE modeli heç də iPhone SE adı ilə deyil, tamamilə fərqli ad ilə satışa çıxa bilər.
İnsayderin təqdim etmiş olduğu məlumata inansaq, növbəti iPhone SE smartfonu iPhone 16e adı altında satışa çıxacaq. Bu, bir növ daha öncəki iPhone 5c və iPhone XR adlarına bənzəyir. Bu məlumatın nə dərəcədə doğru olduğunu söyləmək çətindir. Lakin bu məlumat öz təsdiqini tapmayana kimi növbəti iPhone SE modelini öz adı ilə adlandırmaqda fayda var. Son məlumat sızıntılarına əsasən növbəti iPhone SE smartfonu dizayn baxımından iPhone 14-ə bənzəyəcək və 6.06 düym ölçülü ekranla təchiz olunacaq. Bununla yanaşı smartfonun özündə 48 MP-lik bir ədəd arxa kameranı birləşdirəcəyi gözlənilir.
Paylaş
Ən çox oxunanlar

Samsung Galaxy F56 smartfonu təqdim edilib - QİYMƏTİ
