Logo
    main-post-cover

    Növbəti iPhone SE smartfonu iPhone 15-lərin özəlliklərini əldə edə bilər

    Cihazlar+
    28.09.2023
    Emil
        Macrumors saytı növbəti iPhone SE barəsində yeni məlumatları əldə edib. Məlumata əsasən növbəti iPhone SE modeli Ghost kod adına sahibdir və o, hal hazırda aktual olan iPhone SE (2022)-dən tamamilə fərqlənəcək. Belə ki, Apple növbəti iPhone SE-nin təməli kimi iPhone 14-ü istifadə edəcək. Bununla belə smartfon iPhone 15 ilə iPhone 15 Pro-nun bəzi öəzlliklərini əldə edəcək. Yəni növbəti iPhone SE modeli USB-C girişini və hal hazırda iPhone 15 Pro modellərində mövcud olan Action düyməsini əldə edəcək.
        Bununla yanaşı məlumata əsasən yeni iPhone SE OLED ekranla təchiz olunacaq və özündə Face ID texnologiyası ilə bir ədəd 48 MP-lik arxa kameranı birləşdirəcək. Üstəlik Apple smartfona yeni 5G modemi quraşdırmağı planlaşdırır. Məlumata əsasən yeni iPhone SE hələ ilkin hazırlanma mərhələsindədir və onu yaxın zamanda gözləmək lazım deyil. Smartfon ya 2024-cü ya da 2025-ci ildə təqdim ediləcək.
    Paylaş
    Bənzər xəbərlər