Logo
    main-post-cover

    Növbəti iPhone SE smartfonu nə ilə fərqlənəcək?

    Cihazlar+
    15.08.2023
    Emil
        Dünən məlumat ortaya çıxmışdı ki, Apple şirkəti növbəti iPhone SE üzərində işlərə artıq start verib. İndi isə insayderlər növbəti iPhone SE-nin fərqləndirici özəllikləri barəsində məlumatlar veriblər. Məlumatlarda qeyd edilib ki, növbəti iPhone SE modelinin əsas fərqləndirici özəlliyi onun iPhone 14 gövdəsinə sahib olacağıdır. Bununla belə smartfon özündə bir ədəd arxa kameranı birləşdirəcək. Üstəlik növbəti iPhone SE modeli Touch ID texnologiyasından məhrum olacaq və onun ekranı üzərində iPhone 14-ə xas olan çıxıntı hissə yerləşəcək. İnsayderlərin sözlərinə əsasən gələn ay təqdim olunacaq iPhone 15 modelləri kimi növbəti iPhone SE də USB Type-C girişinə sahib olacaq. iPhone SE-nin ya gələn il ya da 2025-ci ildə təqdim olunacağı gözlənilir.
    Paylaş
    Bənzər xəbərlər