Logo
    main-post-cover

    Növbəti iPhone SE üçün ekran istehsalı məsələsində şirkətlər rəqabətə giriblər

    Cihazlar+
    14.08.2023
    Emil
        Üçüncü nəsil iPhone SE smartfonu 2022-ci ildə təqdim olunmuşdu. Lakin Apple bu il yeni iPhone SE modelinin təqdimatını keçirtmədi. Verilmiş yeni məlumata əsasən şirkət növbəti iPhone SE modeli üzərində aktiv şəkildə çalışmağa başlayıb. Çinin kütləvi informasiya vasitələrinin verdikləri məlumata əsasən ekran istehsalçıları növbəti iPhone SE üçün ekran sifarişlərinin əldə edilməsi məsələsində demək olar bir-biriləri ilə müharibə şəraitindədirlər. Onların arasında Tianma BOE kimi şirkətlər var. Lakin çox güman ki, Tianma Apple üçün ikinci dərəcəli ekran istehsalçısı qismində çıxış edəcək.
        Bu halda növbəti iPhone SE üçün ekranların istehsalı ilə məşğul olacaq əsas şirkət isə BOE olacaq. Məlumatda qeyd edilib ki, Apple şirkətində ekranların əldə edilməsindən cavabdeh olan əməkdaşlar növbəti iPhone SE smartfonunun istehsalına hazırlıq məqsədilə bu ilin əvvəlində Çinin OLED ekranlar istehsalı ilə məşğul olan bir neçə böyük zavodunda olublar. Hələ bir neçə müddət bundan öncə məşhur analitik Ming-Chi Kuo bildirmişdi ki, növbəti iPhone SE smartfonu 6.1 düym OLED ekran və Apple şirkətinin fərdi 5G modemi ilə təchiz olunacaq. Lakin çətin ki, növbəti iPhone SE modeli gələn il təqdim olunsun. Onun 2025-ci ildən tez təqdim olunacağı gözlənilmir.
    Paylaş
    Bənzər xəbərlər