Logo
    main-post-cover

    Növbəti nubia Red Magic smartfonu Geekbench testlərindən keçib

    Cihazlar+
    28.08.2023
    Emil
        Nubia şirkəti keçən ay Red Magic 8 Pro smartfon seriyasını təqdim etmişdi. İndi isə Digital Chat Station ləqəbli məşhur insayderin verdiyi məlumata əsasən şirkət Red Magic seriyasının növbəti modeli üzərində çalışır. Heç istisna deyil ki, söhbət, Red Magic 9-dan gedir. İnsayder sözügedən smartfonu Geekbench-in məlumatlar bazasında aşkar edib. Geekbench məlumatlarına əsasən Red Magic seriyasının növbəti smartfonu Snapdragon 8 Gen 3 prosessoru vasitəsilə çalışacaq və özündə 12 GB RAM ilə Android 14 əməliyyat sistemini birləşdirəcək. Növbəti Red Magic smartfonu Geekbench-in bir nüvəli testi çərçivəsində 1596 xal, çox nüvəli testi çərçivəsində isə 5977 xal toplayıb. Yeni Red Magic smartfonunun nə zaman təqdim olunacağı bilinmir.
    Paylaş
    Bənzər xəbərlər