
Növbəti Samsung Galaxy Unpacked tədbirinin tarixi təsdiqlənib
Cihazlar+
25.06.2024
Emil
Samsung yaxın zamanda yeni cihazlarını təqdim etməlidir. Söhbət, qatlana bilən Galaxy Z Fold 6 və Z Flip 6 smartfonlarından, Galaxy Watch 7 smart saatlarından və Galaxy Ring smart üzüyündən gedir. Bu yeni məhsullar bir yerdə növbəti Galaxy Unpacked tədbiri çərçivəsində təqdim olunacaq. Daha öncəki məlumat sızıntısında qeyd edilmişdi ki, Samsung-un növbəti Galaxy Unpacked tədbiri 10 iyul tarixində baş tutacaq. İndi isə bu məlumat təsdiqlənib. Belə ki, internetdə növbəti Galaxy Unpacked tədbirinə dəvət posteri ortaya çıxıb. Posterdə isə məhz 10 iyul tarixi qeyd edilib. Tədbirin harda keçiriləcəyi barəsində məlumat yoxdur. Lakin çox güman ki, bu, Paris şəhəri olacaq. Qeyd etmək lazımdır ki, Samsung növbəti Galaxy Unpacked tədbiri çərçivəsində adları sadalanmış cihazlardan əlavə olaraq Galaxy Buds 3 və Buds 3 Pro naqilsiz qulaqlıqlarını da təqdim edə bilər.

Paylaş
Ən çox oxunanlar

Səudiyyə Ərəbistanının "The Line" layihəsi regiondakı iqlimi dəyişə bilər
