
Növbəti Samsung Galaxy Unpacked təqdimat tədbirinin nə zaman baş tutacağı məlum olub
Cihazlar+
29.02.2024
Emil
Samsung şirkəti öz yeni qatlana bilən Galaxy Z Fold 6 və Z Flip 6 smartfonlarını Galaxy Unpacked tədbiri çərçivəsində təqdim etməlidir. Sözügedən tədbirin isə bu ilin ikinci yarısında keçiriləcəyi gözlənilir. Lakin daha öncə növbəti Galaxy Unpacked tədbirinin dəqiq şəkildə hansı ayda baş tutacağı məlum deyildi. İndi isə Sammobile saytı bu barədə məlumatı təqdim edib. Verilmiş məlumata əsasən Samsung növbəti Galaxy Unpacked tədbirini iyul ayının əvvəlində keçirəcək. Məlumatda qeyd edilib ki, tədbirin 10 iyul tarixində keçirilmə ehtimalı var. Sözügedən Galaxy Unpacked tədbiri çərçivəsində şirkət öz yeni qatlana bilən smartfonları Galaxy Z Fold 6 ilə Z Flip 6-nı təqdim etməlidir. Bununla yanaşı tədbir zamanı Galaxy Ring smart üzüyünün də təqdim ediləcəyi gözlənilir.
Paylaş
Ən çox oxunanlar

REDMI Turbo 4 Pro subflaqman smartfonu təqdim olunub - QİYMƏTİ
