
Nubia Focus 2 5G büdcəli smartfonunun dizaynı sərgilənib
Cihazlar+
19.12.2024
Emil
Nubia şirkəti Nubia Focus 2 5G adlı yeni büdcəli smartfonu üzərində çalışır. Bu barədə məlumat şirkətin təqdim etmiş olduğu sertifikasiya sənədləri vasitəsilə məlum olub. Sertifikasiya sənədlərində bu yeni büdcəli smartfonun arxa panel dizaynı da sərgilənib. Qeyd etmək lazımdır ki, birinci nəsil Nubia Focus 5G bu il təqdim edilmişdi. İndi isə şirkət onun davamçısını hazırlamaq qərarına gəlib. Fotodan da görmək olar ki, Nubia Focus 2 5G smartfonunun arxa panelində dairəvi kamera sahəsi yerləşəcək. Kamera sahəsinin daxilində isə 3 ədəd kamera mövcud olacaq. Müqayisə üçün qeyd etmək lazımdır ki, birinci nəsil Nubia Focus 5G smartfonu ikili arxa kameraya sahibdir. Məlumatda qeyd edilib ki, Nubia Focus 2 5G qutudan Android 15-i əldə edəcək və üstəlik şirkət smartfonun 4G versiyasını da təqdim edəcək.

Paylaş
Ən çox oxunanlar

OpenAI BƏƏ-də məlumat emalı mərkəzinin inşasını nəzərdən keçirir
