Nubia Music smartfonu təqdim edilib - QİYMƏTİ
Cihazlar+
27.02.2024
Emil Nəcəfov
ZTE şirkətinin nubia brendi MWC 2024 sərgisi çərçivəsində yeni maraqlı smartfon təqdim edib. Təqdim edilmiş smartfon nubia Music adlanır. Sözügedən smartfon əlvan rənglərə sahib dizaynı əldə edib və onun əsas fərqləndirici özəlliklərindən biri də odur ki, o, naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 2 ədəd 3.5 mm-lik audiogirişə sahibdir. Bununla yanaşı onun arxa panelində dairəvi formalı böyük səsgücləndirici yerləşir. Nubia Music smartfonu 90 Hz-lik təsvir yenilənməsinə sahib HD+ keyfiyyətli 6.6 düym IPS ekranla təchiz olunub. Ekranın yuxarı mərkəz hissəsində isə kiçik dairəvi çıxıntı yerləşir. Nubia Music UNISOC prosessoru vasitəsilə çalışır və özündə 8 GB RAM ilə 128/256 GB daxili yaddaş həcmini birləşdirir. Smartfon ikili arxa kameraya sahibdir və onlardan ən əsası 50 MP-likdir. Batareya həcminə gəldikdə isə nubia Music 5000 mAh enerji tutumlu batareyanı əldə edib. Nubia Music-in qiyməti 150$ təşkil edir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
3D görüntünü əks etdirə bilən ZTE nubia Pad 3D II planşeti təqdim edilib
3D görüntünü əks etdirə bilən ZTE nubia Pad 3D II planşeti təqdim edilib
ZTE şirkəti MWC 2024 sərgisi çərçivəsində nubia Pad 3D II adlı yeni planşetini təqdim edib.
ZTE şirkəti MWC 2024-də qatlana bilən qapaqlı nubia Flip 5G smartfonunu təqdim edib - QİYMƏTİ
ZTE şirkəti MWC 2024-də qatlana bilən qapaqlı nubia Flip 5G smartfonunu təqdim edib - QİYMƏTİ
ZTE şirkəti MWC 2024 sərgisi çərçivəsində qatlana bilən qapaqlı nubia Flip 5G smartfonunu təqdim edib.
ZTE nubia Pad 3D II planşetinin təqdimatı anons edilib
ZTE nubia Pad 3D II planşetinin təqdimatı anons edilib
ZTE şirkəti artıq rəsmi şəkildə elan edib ki, o, MWC 2024 sərgisi çərçivəsində qatlana bilən qapaqlı nubia Flip 5G smartfonunu təqdim edəcək. İndi isə məlum olub ki, ZTE sərgi çərçivəsində daha bir cihazını təqdim edəcək.
Qatlana bilən qapaqlı ZTE nubia Flip 5G smartfonunun təqdimatı anons edilib
Qatlana bilən qapaqlı ZTE nubia Flip 5G smartfonunun təqdimatı anons edilib
ZTE şirkəti öz yeni qatlana bilən qapaqlı smartfonunun təqdimatını anons edib.
Qatlana bilən qapaqlı ZTE Libero Flip smartfonu təqdim olunub - QİYMƏTİ
Qatlana bilən qapaqlı ZTE Libero Flip smartfonu təqdim olunub - QİYMƏTİ
ZTE şirkəti Yaponiyada ilk qatlana bilən qapaqlı smartfonunu təqdim edib. Smartfon ZTE Libero Flip adlanır.
Həftənin xəbərləri
6 yaşlı uşağın 17 həkim tərəfindən çarə tapıla bilməyən xəstəliyini süni intellekt həll edib!
Kvant fizikasında inqilab: maddənin yeni aqreqat halı kəşf edilib!