main-post-cover

    Nubia Neo 2 5G gaming smartfonu təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    28.02.2024
    Emil Nəcəfov
         ZTE-nin nubia brendi MWC 2024 sərgisi çərçivəsində yeni gaming smartfonunu təqdim edib. Təqdim edilmiş gaming smartfonu nubia Neo 2 5G adlanır. Beləliklə nubia Neo 2 5G smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib 2400x1080 piksel keyfiyyətli 6.72 düym IPS ekranla təchiz olunub. Smartfonun kənar hissələrindən birində isə mobil oyunlarda idarəetmə üçün nəzərdə tutulmuş sensorlu düymələr yerləşirlər.
         Şirkət nubia Neo 2 5G-nin hansı prosessor vasitəsilə çalışdığını açıqlamayıb. Üstəlik şirkət qeyd edib ki, virtual genişləndirmə texnologiyası hesabına smartfonun ümumi RAM yaddaşı 20 GB təşkil edir. Smartfon özündə 256 GB daxili yaddaş həcmini və 33 vatt gücündə sürətli şarj texnologiyalı 6000 mAh enerji tutumlu batareyanı birləşdirir. Nubia Neo 2 5G-nin texniki özəllikləri barəsində digər bir məlumat verilməyib. Onun nə zaman satışa çıxacağı bilinmir. Lakin məlumdur ki, smartfon 200$-a satılacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Nubia Music smartfonu təqdim edilib - QİYMƏTİ
    nubia-music-smartfonu-teqdim-edilib-qiymeti
    3D görüntünü əks etdirə bilən ZTE nubia Pad 3D II planşeti təqdim edilib
    3d-goruntunu-eks-etdire-bilen-zte-nubia-pad-3d-ii-planseti-teqdim-edilib
    ZTE şirkəti MWC 2024-də qatlana bilən qapaqlı nubia Flip 5G smartfonunu təqdim edib - QİYMƏTİ
    zte-sirketi-mwc-2024-de-qatlana-bilen-qapaqli-nubia-flip-5g-smartfonunu-teqdim-edib-qiymeti
    ZTE nubia Pad 3D II planşetinin təqdimatı anons edilib
    zte-nubia-pad-3d-ii-plansetinin-teqdimati-anons-edilib
    Qatlana bilən qapaqlı ZTE nubia Flip 5G smartfonunun təqdimatı anons edilib
    qatlana-bilen-qapaqli-zte-nubia-flip-5g-smartfonunun-teqdimati-anons-edilib