Logo
    main-post-cover

    Nubia Pad Pro planşeti təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    28.04.2025
    Emil
         Nubia brendi Nubia Pad Pro adlı yeni planşetini təqdim edib. Bu yeni planşet 2023-cü ilin flaqman Snapdragon prosessoru vasitəsilə çalışması ilə seçilir. Beləliklə Nubia Pad Pro planşeti 144 Hz-lik təsvir yenilənməsinə sahib 2880x1800 piksel keyfiyyətli 10.9 düym ölçülü IPS ekranla təchiz olunub. Planşet özündə 4 ədəd səsgücləndiricini birləşdirir və onun yandırıb/söndürmə düyməsinə barmaq izi skanı texnologiyası inteqrasiya edilib.
         Planşet Snapdragon 8 Gen 3 prosessoru vasitəsilə çalışır 8/12/16 GB RAM ilə 256/512 GB/1 TB daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda Nubia Pad Pro 13 MP-lik arxa kameranı və 20 MP-lik ön kameranı əldə edib. Batareyaya gəldikdə isə planşet 66 vatt gücündə sürətli şarj texnologiyalı 10 100 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Planşetin gövdə qalınlığı 7.3 mm, çəkisi isə 523 qram təşkil edir. Nubia Pad Pro artıq Çində satışa çıxıb və onun qiyməti 383$-dan start götürür. Cihazın digər ölkələrdə satışa çıxıb-çıxmayacağı bilinmir.
    Paylaş