
Nubia Red Magic 10 Pro-nun hansı prosessoru əldə edəcəyi rəsmi şəkildə açıqlanıb
Cihazlar+
24.10.2024
Emil
Nubia şirkətinin Red Magic brendi Red Magic 10 smartfon seriyasının təqdimatına hazırlaşır. Bu seriyaya minimum iki model daxil olacaq. Red Magic 10 və Red Magic 10 Pro. İndi isə Red Magic 10 Pro modelinin hansı prosessor vasitəsilə çalışacağı rəsmi şəkildə açıqlanıb. Red Magic brendi tərəfindən təqdim edilmiş posterə əsasən Red Magic 10 Pro smartfonu Qualcomm-un Snapdragon 8 Elite flaqman prosessoru vasitəsilə çalışacaq. Bununla belə Red Magic 10 seriyasının təqdimatının nə zaman baş tutacağı hələ açıqlanmayıb. Lakin bunun gələn ay baş tutacağı gözlənilir. Red Magic 10 Pro-nun üstəlik 1.5K keyfiyyətli OLED ekranı və 6500 mAh enerji tutumlu batareyanı əldə edəcəyi güman edilir.

Paylaş
Ən çox oxunanlar

OpenAI BƏƏ-də məlumat emalı mərkəzinin inşasını nəzərdən keçirir
