
Nubia Red Magic 10 Pro smartfonlarının təqdimatları rəsmi şəkildə anons edilib
Cihazlar+
04.11.2024
Emil
Nubia-nın Red Magic brendi Red Magic 10 Pro smartfon seriyasının təqdimatını rəsmi şəkildə anons edib. Şirkət tərəfindən təqdim edilmiş posterə əsasən Red Magic 10 Pro smartfonları 13 noyabr tarixində Çində təqdim olunacaqlar. Qeyd etmək lazımdır ki, sözügedən yeni seriyaya minimum iki model daxil olacaq. Red Magic 10 Pro və Red Magic 10 Pro+. Təqdim edilmiş posterdə həmçinin Red Magic 10 Pro modellərindən birinin ön panelinin dizaynı əks olunub. Posterdən də görmək olar ki, smartfon yastı gövdə və ekran dizaynını əldə edəcək. Ekran üzərində heç bir çıxıntı hissə olmayacaq. Bu isə o deməkdir ki, ön kamera ekranın alt hissəsinə inteqrasiya ediləcək. Üstəlik ekran ətrafı çərçivələr maksimal dərəcədə nazik olacaqlar. Qeyd etmək lazımdır ki, bütün Red Magic 10 Pro smartfonları Snapdragon 8 Elite prosessoru vasitəsilə çalışmalıdırlar.

Paylaş
Ən çox oxunanlar

OpenAI BƏƏ-də məlumat emalı mərkəzinin inşasını nəzərdən keçirir
