
Nubia Red Magic 10 Pro smartfonu artıq sertifikatlaşdırmadan keçib
Cihazlar+
18.10.2024
Emil
Nubia şirkətinin Red Magic brendi hal hazırda Red Magic 10 smartfon seriyası üzərində çalışır. İndi isə məlum olub ki, bu seriyaya daxil olacaq Red Magic 10 Pro modeli Çinin MIIT adlı sertifikatlaşdırma agentliyinin məlumatlar bazasında ortaya çıxıb. Sertifikatlaşdırma agentliyinin məlumatlar bazasına əsasən Red Magic 10 Pro smartfonu NX769J model nömrəsinə sahibdir. İnsayderlər əmindirlər ki, bu məhz Red Magic 10 Pro-dur. Belə ki, keçən ilki Red Magic 9 Pro smartfonu NX769J model nömrəsinə sahibdir. Sertifikatlaşdırma agentliyinin məlumatlar bazasında yeni smartfonun texniki imkanları barəsində məlumat əks olunmayıb. Sadəcə olaraq qeyd edilib ki, smartfon 5G dəstəyini əldə edəcək. Çox güman ki, sözügedən yeni smartfon Snapdragon 8 Elite (Snapdragon 8 Gen 4) prosessoru vasitəsilə çalışacaq.

Paylaş
Ən çox oxunanlar

REDMI Turbo 4 Pro subflaqman smartfonu təqdim olunub - QİYMƏTİ
