Logo
    main-post-cover

    Nubia Red Magic 8S Pro flaqman smartfonunun təqdimat tarixi rəsmi şəkildə məlum olub

    Cihazlar+
    25.06.2023
        Nubia şirkəti Red Magic 8S Pro flaqman smartfonunun təqdimatına dəvətləri göndərməyə başlayıb. Smartfon 5 iyul tarixində təqdim ediləcək. Qeyd etmək lazımdır ki, Red Magic 8S Pro-nun Snapdragon 8 Gen 2 prosessorunun daha sürətləndirilmiş versiyası vasitəsilə çalışacaq. Belə ki, daha öncə smartfonun prototipinin AnTuTu testi çərçivəsində 1.7 milyon xal topladığı ortaya çıxdı. Müqayisə üçün qeyd etmək lazımdır ki, Snapdragon 8 Gen 2-nin adi versiyası AnTuTu testi çərçivəsində 1.3 milyon xal toplayır. Son məlumat sızıntılarına əsasən nubia Red Magic 8S Pro smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib 6.8 düym ölçülü OLED ekran, üçlü arxa kamera, 16 MP-lik ön kamera və 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq.
    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Nubia Red Magic 8S Pro flaqman smartfonunun təqdimat tarixi rəsmi şəkildə məlum olub | Technote