Logo
    main-post-cover

    Nubia Red Magic 8S Pro və Red Magic 8S Pro+ flaqman smartfonları təqdim olunub - QİYMƏTİ

    Cihazlar+
    05.07.2023
    Emil
        Nubia şirkəti Red Magic 8S Pro8S Pro+ flaqman smartfonlarını təqdim edib. Təqdim edilmiş bu smartfonların əsas fərqləndirici özəllikləri ondan ibarətdir ki, onlar Snapdragon 8 Gen 2 prosessorunun 3.36 GHz-ə kimi sürətləndirilmiş versiyası vasitəsilə çalışırlar. Bununla yanaşı Red Magic 9S Pro+ modeli dünyanın 24 GB RAM-a sahib ilk smartfonu oldu. Nubia Red Magic 8S Pro ilə 8S Pro+ xarici görünüşcə bir-birinə bənzəyir. Hər iki smartfon 120 Hz-lik təsvir yenilənməsinə sahib 2480x1116 piksel keyfiyyətli 6.8 düym yastı OLED ekran ilə təchiz olunub.
        Ekranların maksimal parlaqlıq səviyyələri 1300 nit təşkil edir. Bununla yanaşı smartfonların ekranları Gorilla Glass 5 qoruyucu şüşəsi ilə əhatə olunublar. Smartfonların ekranları üzərində heç bir çıxıntı hissə yoxdur. Belə ki, ön kamera bu smartfonlarda ekranın alt hissəsinə yerləşdirilib. Barmaq izi skanı texnologiyası birbaşa ekrana inteqrasiya edilib. Smartfonlar özlərində stereo səsgücləndiriciləri, naqilli qulaqlıqlar üçün 3.5 mm-lik audiogirişi və kontaktsız ödənişlər üçün nəzərdə tutulmuş NFC çipi birləşdirirlər.
        Hər iki smartfon Snapdragon 8 Gen 2 prosessorunun sürətləndirilmiş versiyası, 50 MP + 8 MP + 2 MP üçlü arxa kamera və 16 MP-lik ön kamera ilə təchiz olunub. Adi Red Magic 8S Pro modeli 8/12 GB RAM-a və 128/256/512 GB daxili yaddaş həcminə, Red Magic 8S Pro+ modeli isə 16/24 GB RAM256/512 GB/1 TB daxili yaddaş həcminə sahibdir. Red Magic 8S Pro 80 vatt gücündə sürətli şarj texnologiyalı 6000 mAh, Red Magic 8S Pro+ isə 165 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Hər iki smartfon Android 13 vasitəsilə çalışır. Red Magic 8S Pro ilə Red Magic 8S Pro-nun Çində satışlarına 11 iyun tarixində start veriləcək. Onların Çin bazarındakı satış qiymətləri isə aşağıdakı kimi olacaq.
    - 8 GB RAM-a və 128 GB yaddaşa sahib Red Magic 8S Pro - 55$
    - 8 GB RAM-a və 256 GB yaddaşa sahib Red Magic 8S Pro - 607$
    - 12 GB RAM-a və 256 GB yaddaşa sahib Red Magic 8S Pro - 663$
    - 12 GB RAM-a və 512 GB yaddaşa sahib Red Magic 8S Pro - 759$
    - 16 GB RAM-a və 256 GB yaddaşa sahib Red Magic 8S Pro+ - 759$
    - 16 GB RAM-a və 512 GB yaddaşa sahib Red Magic 8S Pro+ - 801$
    - 16 GB RAM-a və 1 TB yaddaşa sahib Red Magic 8S Pro+ - 967$
    - 24 GB RAM-a və 1 TB yaddaşa sahib Red Magic 8S Pro+ - 1036$.
    Paylaş
    Bənzər xəbərlər