main-post-cover

    Nubia Red Magic 9 Pro-nun batareya həcmi məlum olub

    Cihazlar+
    16.11.2023
    Emil Nəcəfov
         Nubia şirkəti 23 noyabr tarixində Red Magic 9 Pro gaming smartfonunu təqdim edəcək. Təqdimata sayılı günlərin qaldığına baxmayaraq şirkət smartfon barəsində məlumatları təqdim etməyə davam edir. Beləliklə şirkətin təqdim etmiş olduğu yeni posterə əsasən Red Magic 9 Pro smartfonu 6500 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Bununla yanaşı smartfon 80 vatt gücündə sürətli şarj texnologiyasının dəstəyinə sahib olacaq. Müqayisə üçün qeyd etmək lazımdır ki, hal hazırda aktual olan Red Magic 8 Pro modeli 80 vatt gücündə sürətli şarj texnologiyasına sahib 6000 mAh enerji tutumlu batareya ilə təchiz olunur. Qeyd etmək lazımdır ki, bu yeni smartfonun Snapdragon 8 Gen 3 prosessoru vasitəsilə çalışacağı artıq məlumdur.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Nubia Red Magic 9 Pro-nun fotoları rəsmi şəkildə təqdim edilib
    nubia-red-magic-9-pro-nun-fotolari-resmi-sekilde-teqdim-edilib
    Nubia Red Magic 9 Pro smartfonunun tizer fotoları təqdim edilib
    nubia-red-magic-9-pro-smartfonunun-tizer-fotolari-teqdim-edilib
    Nubia Red Magic 9 Pro gaming smartfonunun təqdimatı anons edilib
    nubia-red-magic-9-pro-gaming-smartfonunun-teqdimati-anons-edilib