main-post-cover

    Nubia Red Magic 9 Pro-nun fotoları rəsmi şəkildə təqdim edilib

    Cihazlar+
    15.11.2023
    Emil Nəcəfov
         Artıq rəsmi olaraq məlumdur ki, Nubia şirkəti 23 noyabr tarixində Red Magic 9 Pro gaming smartfonunu təqdim edəcək. Lakin təqdimat gününü gözləmədən şirkət sözügedən smartfonun xarici görünüşünü sərgiləyib. Şirkət tərəfindən təqdim edilmiş fotolara əsasən Red Magic 9 Pro smartfonu bazara iki gövdə rəngində satışa çıxacaq. Ağ və qara. Ekran üzərində heç bir çıxıntı hissə olmayacaq. Arxa paneldən isə smartfon üç ədəd kamera obyektivini əldə edəcək. Maraqlısı ondadır ki, arxa kameralar arxa panelin səthindən kənara çıxmayacaqlar. Red Magic 9 Pro-nun 165 Hz-lik təsvir yenilənməsinə sahib OLED ekran, Snapdragon 8 Gen 3 prosessoru və 100 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunmalıdır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Nubia Red Magic 9 Pro smartfonunun tizer fotoları təqdim edilib
    nubia-red-magic-9-pro-smartfonunun-tizer-fotolari-teqdim-edilib
    Nubia Red Magic 9 Pro gaming smartfonunun təqdimatı anons edilib
    nubia-red-magic-9-pro-gaming-smartfonunun-teqdimati-anons-edilib