
Nubia Red Magic 9 Pro-nun hansı gücdə sürətli şarj texnologiyasını əldə edəcəyi rəsmi şəkildə məlum olub
Cihazlar+
21.11.2023
Emil
Artıq 23 noyabr tarixində Nubia şirkəti Red Magic 9 Pro flaqman smartfonunu təqdim edəcək. Buna baxmayaraq sözügedən smartfon barəsində rəsmi məlumatlar təqdim edilməyə davam edir. Çinin Weibo adlı sosial şəbəkəsində Nubia tərəfindən təqdim edilmiş yeni poster sayəsində Red Magic 9 Pro-nun hansı gücdə sürətli şarj texnologiyası dəstəyini əldə edəcəyi məlum olub. Beləliklə təqdim edilmiş posterə əsasən smartfon 165 vatt gücündə sürətli şarj texnologiyasını dəstəkləyəcək. Bunun sayəsində smartfon 100% enerjini 16 dəqiqəyə yığa biləcək. Bununla yanaşı Nubia təsdiqləyib ki, Red Magic 9 Pro smartfonu Snapdragon 8 Gen 3 prosessoru vasitəsilə çalışacaq.

Paylaş
Ən çox oxunanlar

15 000-dən çox şagird Milli Hakatonun seçim mərhələsində iştirak edib.
