main-post-cover

    Nubia Red Magic 9 Pro smartfonunun qlobal versiyasının satış qiymətləri açıqlanıb

    Cihazlar+
    28.12.2023
    Emil Nəcəfov
         Keçən ayın sonuna yaxın Nubia şirkəti Çində Nubia Red Magic 9 ProRed Magic 9 Pro+ smartfonlarını təqdim etdi. İndi isə şirkət Nubia Red Magic 9 Pro modelinin Böyük Britaniya, Avropa və ABŞ-da ön sifarişlərinə start verib və üstəlik onun satış qiymətlərini açıqlayıb. Məlum olub ki, smartfonun qlobal versiyası Çində satılan versiyasından bir qədər ucuz satılacaq. Beləliklə şirkətin rəsmi məlumatına əsasən Nubia Red Magic 9 Pro-nun qlobal bazarda 12 GB RAM-a və 256 GB daxili yaddaş həcminə sahib versiyasının ön sifarişi 649$-a başa gəlir. Çində bu versiyanın qiyməti 677$ təşkil edir. Smartfonun qlobal bazarda 16 GB RAM-a və 512 GB daxili yaddaş həcminə sahib versiyasının ön sifarişi isə 799$-a başa gəlir. Çində bu versiyanın qiyməti 846$-dır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Nubia brendi öz ilk qatlana bilən qapaqlı smartfonu üzərində çalışır
    nubia-brendi-oz-ilk-qatlana-bilen-qapaqli-smartfonu-uzerinde-calisir
    Nubia Z60 Ultra flaqman smartfonu təqdim edilib - QİYMƏTİ
    nubia-z60-ultra-flaqman-smartfonu-teqdim-edilib-qiymeti
    Təqdimatdan bir gün qabaq Nubia Z60 Ultra-nın əsas texniki imkanları açıqlanıb
    teqdimatdan-bir-gun-qabaq-nubia-z60-ultra-nin-esas-texniki-imkanlari-aciqlanib
    Nubia Z60 Ultra-nın batareya həcmi nə qədər olacaq?
    nubia-z60-ultra-nin-batareya-hecmi-ne-qeder-olacaq
    Nubia Z60 Ultra-nın rəsmi fotoları təqdim edilib
    nubia-z60-ultra-nin-resmi-fotolari-teqdim-edilib