
Nubia Red Magic 9 Pro smartfonunun tizer fotoları təqdim edilib
Cihazlar+
14.11.2023
Emil
Nubia şirkəti Çinin Weibo adlı sosial şəbəkəsindəki hesabında Red Magic 9 Pro gaming smartfonunun tizer fotolarını təqdim edib. Təqdim edilmiş tizer fotolara əsasən smartfon yastı gövdəni əldə edəcək. Gövdənin qalınlığı isə 8.9 mm təşkil edəcək. Bununla yanaşı Red Magic 9 Pro-nun arxa kamera sahəsi arxa panelin səthindən kənara çıxmayacaq. İnsayderlərin sözlərinə əsasən smartfon 50 MP + 50 MP ikili arxa kamera ilə təchiz olunacaq. Red Magic 9 Pro-nun həmçinin 165 Hz-lik təsvir yenilənməsinə sahib OLED ekran, Snapdragon 8 Gen 3 prosessoru və böyük həcmli batareya ilə təchiz olunacağı gözlənilir. Qeyd etmək lazımdır ki, smartfon 23 noyabr tarixində təqdim ediləcək.



Paylaş
Ən çox oxunanlar

Süni zəkanın öz düşüncələrinin həqiqi gedişatını gizlətdiyi təyin edilib
