
Nubia Red Magic 9 Pro+ smartfonunun unboxing videosu ortaya çıxıb (VİDEO)
Cihazlar+
16.11.2023
Emil
Nubia şirkətinin Magic 9 Pro gaming smartfonunun təqdimatına sayılı günlər qalmış Youtube bloggerlərindən birinin əllərinə Magic 9 Pro+ modeli düşüb. Blogger öz növbəsində smartfonun dizaynını sərgiləyib. Videodan da görmək olar ki, Magic 9 Pro+ modeli xarici görünüşcə Magic 9 Pro-dan heç fərqlənməyəcək. Bundan əlavə olaraq smartfonun arxa kamera sahəsi şirkətin söz verdiyi kimi yastıdır. Yəni o, arxa panelin qoruyucu şüşəsinin altında yerləşir və nəticədə arxa panel səthindən kənara çıxmır. Blogger bildirib ki, ekranın alt hissəsinə yerləşdirilmiş ön kameranı hətta ağ fonda belə görmək mümkün deyil. Qeyd etmək lazımdır ki, Red Magic 9 Pro 23 noyabr tarixində təqdim ediləcək.
Paylaş
Ən çox oxunanlar

15 000-dən çox şagird Milli Hakatonun seçim mərhələsində iştirak edib.
