
Nubia Red Magic 9 Pro təqdimatdan öncə AnTuTu testlərindən keçib
Nubia Red Magic 9 Pro flaqman smartfonunun təqdimatına sayılı günlər qalıb. Təqdimat 23 noyabr tarixində baş tutacaq. İndi isə məlum olub ki, Red Magic 9 Pro smartfonu AnTuTu testlərindən keçib. Bunun sayəsində smartfonun bəzi texniki özəllikləri təsdiqlənib. Beləliklə AnTuTu testlərindən məlum olub ki, sözügedən yeni smartfon Snapdragon 8 Gen 3 prosessoru vasitəsilə çalışacaq. AnTuTu testlərindən smartfonun 24 GB RAM-a və 1 TB daxili yaddaş həcminə sahib versiyası keçib. Bununla yanaşı Red Magic 9 Pro-nun Android 14 əməliyyat sisteminə sahib olacağı təsdiqlənib. Red Magic 9 Pro AnTuTu testlərində ümumilikdə 2 290 773 xal toplayıb. Bu isə hal hazırda olan smartfonlar arasında ən yüksək göstəricilərdən biridir.
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...
Ən çox oxunanlar