main-post-cover

    Nubia Red Magic 9 Pro və Magic 9 Pro+ smartfonları təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    23.11.2023
    Emil Nəcəfov
         Nubia şirkəti Çində keçirtmiş olduğu təqdimat tədbiri çərçivəsində Red Magic 9 ProRed Magic 9 Pro+ smartfonlarını təqdim edib. Sözügedən smartfonlar özlərində yüksək performansı və təkmilləşdirilmiş soyutma sistemi ilə yanaşı keyfiyyətli ekranları və böyük həcmli batareyaları birləşdirirlər. İlk növbədə qeyd etmək lazımdır ki, bu yeni smartfonlar xarici görünüşcə bir-birilərinə bənzəyirlər. Onlar sadəcə olaraq bəzi texniki göstəricilər baxımından bir-birilərindən fərqlənirlər. Beləliklə həm Red Magic 9 Pro həm də Red Magic 9 Pro+ 120 Hz-lik təsvir yenilənməsinə sahib 2480x1116 piksel keyfiyyətli 6.8 düym OLED ekranla təchiz olunub. Hər iki smartfonda ekranın maksimal parlaqlıq səviyyəsi 1000 nit təşkil edir. Barmaq izi skanı texnologiyası da bu smartfonlarda ekranlara inteqrasiya edilib.
         Onu da qeyd etmək lazımdır ki, ekranlar üzərində heç bir çıxıntı yoxdur. Belə ki, ön kamera ekranların alt hissələrinə yerləşdirilib. Smartfonlar özlərində kontaktsız ödənişlər üçün nəzərdə tutulmuş NFC çipi, stereo səsgücləndiriciləri və naqilli qulaqlıqlar üçün 3.5 mm-lik audiogirişi birləşdirirlər. Red Magic 9 Pro smartfonları yastı dizaynı əldə ediblər. Onların hətta arxa kameraları da gövdə səthindən kənara çıxmırlar. Sözügedən smartfonlarda soyutma sistemi qismində 10182 kvadrat mm ölçüsündə olan buxarlanma kamerası və dəqiqədə 22 000 dövr etməyi bacaran kiçik ölçülü pər çıxış edir. Əsas texniki göstəricilər baxımından qeyd etmək lazımdır ki, hər iki smartfon Snapdragon 8 Gen 3 prosessoru, 50 MP + 50 MP + 2 MP üçlü arxa kamera və 16 MP-lik ön kamera ilə təchiz olunub.
         Digər texniki göstəricilərə gəldikdə isə Red Magic 9 Pro modeli 8/12 GB RAM-a və 256/512 GB daxili yaddaş həcminə, Red Magic 9 Pro+ modeli isə 16/24 GB RAM-a və 256/512 GB/1 TB daxili yaddaş həcminə sahibdir. Red Magic 9 Pro modeli özündə 80 vatt gücündə sürətli şarj texnologiyalı 6500 mAh enerji tutumlu batareyanı, Red Magic 9 Pro+ modeli isə özündə 165 vatt gücündə sürətli şarj texnologiyalı 5500 mAh enerji tutumlu batareyanı birləşdirir. Hər iki smartfon qutudan Android 14 vasitəsilə çalışır. Sözügedən smartfonlar həmçinin pər hissədə RGB işıqlandırmaya və mobil oyunlarda idarəetmə üçün nəzərdə tutulmuş sensorlu düymələrə sahibdirlər. Smartfonlar artıq Çin bazarında satışa çıxıblar. Onların qlobal bazarda nə zaman satılacaqları barəsində isə hələ məlumat verilməyib. Red Magic 9 Pro ilə Red Magic 9 Pro+ modellərinin Çin bazarındakı satış qiymətləri aşağıdakı kimidir.
    - 8 GB RAM-a və 256 GB yaddaşa sahib Red Magic 9 Pro - 620$
    - 12 GB RAM-a və 256 GB yaddaşa sahib Red Magic 9 Pro - 677$
    - 12 GB RAM-a və 256 GB yaddaşa sahib Red Magic 9 Pro (şəffaf gövdə dizaynı) - 705$
    - 12 GB RAM-a və 512 GB yaddaşa sahib Red Magic 9 Pro - 733$
    - 12 GB RAM-a və 512 GB yaddaşa sahib Red Magic 9 Pro (şəffaf gövdə dizaynı) - 761$
    - 16 GB RAM-a və 256 GB yaddaşa sahib Red Magic 9 Pro+ - 775$
    - 16 GB RAM-a və 256 GB yaddaşa sahib Red Magic 9 Pro+ (şəffaf gövdə dizaynı) - 804$
    - 16 GB RAM-a və 512 GB yaddaşa sahib Red Magic 9 Pro+ - 818$
    - 16 GB RAM-a və 512 GB yaddaşa sahib Red Magic 9 Pro+ (şəffaf gövdə dizaynı) - 846$
    - 24 GB RAM-a və 1 TB yaddaşa sahib Red Magic 9 Pro+ - 987$.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Nubia Red Magic 9 Pro-nun hansı gücdə sürətli şarj texnologiyasını əldə edəcəyi rəsmi şəkildə məlum olub
    nubia-red-magic-9-pro-nun-hansi-gucde-suretli-sarj-texnologiyasini-elde-edeceyi-resmi-sekilde-melum-olub
    Nubia Red Magic 9 Pro təqdimatdan öncə AnTuTu testlərindən keçib
    nubia-red-magic-9-pro-teqdimatdan-once-antutu-testlerinden-kecib
    Nubia Red Magic 9 Pro+ smartfonunun unboxing videosu ortaya çıxıb (VİDEO)
    nubia-red-magic-9-pro-smartfonunun-unboxing-videosu-ortaya-cixib-video
    Nubia Red Magic 9 Pro-nun batareya həcmi məlum olub
    nubia-red-magic-9-pro-nun-batareya-hecmi-melum-olub
    Nubia Red Magic 9 Pro-nun fotoları rəsmi şəkildə təqdim edilib
    nubia-red-magic-9-pro-nun-fotolari-resmi-sekilde-teqdim-edilib